Oksford Universiteti demensiyaya və unutqanlığa səbəb olan amilləri araşdırıb.
Medicina.az xəbər verir ki, tədqiqatçılar beynin daha sürətli qocalmasına səbəb ola biləcək risk faktorlarını müəyyən etməyə çalışıblar.
Bunun üçün genetik və dəyişdirilə bilən risk faktorlarının qocalmağa və xəstəliklərə həssas olan beyin bölgələrinə təsiri araşdırılıb.Tədqiqat çərçivəsində yaşı 45-dən yuxarı 40 min iştirakçının beyin MRT-ləri təhlil edilib.
Qocalmanın insan orqanizminə təbii təsirlərindən başqa, həssas beyin şəbəkəsində demensiyaya səbəb ola biləcək 161 risk faktorunun təsiri olduğu anlaşılıb.
Demensiya üçün dəyişdirilə bilən 15 risk faktoru arasında şəkərli diabet, nəqliyyatla əlaqəli hava çirkliliyi və spirt istehlakının ən zərərli olduğu müəyyən edilib. Beynin müəyyən hissələri bu üç risk faktoruna qarşı daha həssas görünür.
Demensiyaya səbəb ola biləcək digər amillərə qan təzyiqi, xolesterol, artıq çəki, siqaret aludəçiliyi və yuxusuzluq və s. daxildir.
Aysel