Floridada ata ilə oğul arasında mübahisə ölümlə nəticələnib.
“Medicina” xəbər verir ki, Syuzan Voyt adlı qadın Xilasetməyə zəng edərək, güllələnmə barədə məlumat verib.
Xilasedicilər hadisə yerinə gəldikdə 63 yaşlı kişinin meyiti, 58 yaşlı yaralanmış ananı görüblər.
Qadın bildirib ki, onları doğma oğulları Cozef güllələyib. Belə ki, atası ondan evdə yatmaq əvəzinə işləməsini və həyatda nəsə qazanmasını dəfələrlə istəyib.
Amma atası ilə mübahisə edib pul istəyən Cozef bu dəfə odlu silaha əl atıb.
Videooyunlardan asılılığı olan oğul hadisə yerindən qaçsa da 1 gün sonra şəhər kənarında saxlanılıb.
Aygün Musayeva