27 yaşlı Yakob Hikman divanda oturub, salat yeyən atasını bir neçə dəfə atəş açaraq öldürüb.
“Medicina” xəbər verir ki, Yakob atasını öldürəndən sonra özü xilasetmə xidmətinə zəng edib və atasının sadəcə yaralandığını deyib.
Onu həbs edəndə isə heç vaxt olmadığı qədər özünü yaxşı hiss etdiyini deyib.
İfadəsində o, atasının hər gün onunla mübahisə etdiyini və işləmədiyi üçün onu qınadığını bildirib.
“Bizim hər söhbətimiz dava ilə bitirdi”.
Ailə üzvləri bildirib ki, o dünyanın ən yaxşı atası idi, sadəcə oğlunun həyatda nəyəsə nail olmasını istəyirdi.
Aygün Musayeva