Qaraciyər sirrozunun yaratdığı ağırlaşmalarla həyatda qalmağı üçün tək şansı qaraciyər köçürülməsi olan xəstəmizə oğlu qaraciyər bağışladı. Qaraciyərinin sağ payını anasına bağışlayan oğlu anasını həyatda tutmağı bacardı.
"Medicina" xəbər verir ki, Mərkəzi Klinikanın ümumi cərrahı, transplantoloq Tariyel Nadirov əməliyyatın uğurla baş tutduğunu bildirib.
Oğul donor əməliyyatdan 5 gün, anası isə 10 gün sonra sağlam şəkildə evə yola salındı.
"Orqan nəqli möcüzədir. Bu əməliyyatda əziyyəti keçən hər kəsə öz təşəkkürümü bildirirəm. Orqan nəqli bir komanda işidir", - deyə Tariyel Nadirov qeyd edib.