Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Oğlan uşaqlarına niyə üstünlük verilir?: “Ciddi səbəbləri var” - Sosioloq

  • 2019.04.03 14:43
  • 7700 Baxış
Oğlan uşaqlarına niyə üstünlük verilir?:  “Ciddi səbəbləri var” - Sosioloq
 


2018-ci ildə Azərbaycanda 751 uşaq övladlığa götürülüb ki, bu da 2017-ci illə müqayisədə 14,4 faiz azdır. Əvvəlki ilə nisbətən övladlığa götürülən oğlanların sayı 13,7 faiz azalaraq 402 nəfər, qızların sayı 15,1 faiz azalaraq 349 nəfər olub. "Bu gün azərbaycanda oğlan uşaqlarına ümumiyyətlə üstünlük verilir”.


Bu barədə Medicina.az-a sosioloq Cavid İmamoğlu açıqlama verib:


” Nəinki övladlığa götürüləndə hətta dünyaya uşaq gətirəndə belə selektib abortlar var. Qız uşaqlarını abort etdirirlər ki, oğlan uşaqlarına yiyələnsinlər. Gənc ailələr və yaxud da ikinci və üçüncü uşağa sahib olmaq istəyənlər. Oğlan uşaqlarına üstünlük verilməsinin cəmiyyətdə bəlli səbəbləri var. Bu ondan irəli gəlir ki, ailələr düşünürlər ki, oğlan uşaqları gələcəkdə ailənin, nəslin davamçısıdır. Yəni ailəni qoruyandır. Nəsli davam elətdirir, soy adı, ata adını davam elətdirir. Mülkiyət ona məxsus olur, mülkiyəti davam etdirir.”


Sosioloqun sözlərinə görə, valideyinlər düşünürlər ki, oğlan uşağı ailəyə maliyyə dəstəyi edir, yəni pul qazanır. Qızlar isə bunu bacarmır. Ailəyə cavabdehlik daşıya bilir: "Belə absurt fikirlər çox təssüf ki, cəmiyyətimizdə mövcuddur. İllərdir sındırılması mümkün olmayan bir stereotip var.  Dünyaya qız uşağı gəldisə o maddi cəhətdən yük, oğlan isə xeyir kimi baxılır”.


Cavid İmamoğlu qeyd edib ki, Övladlığa verilmə ilə bağlı azalmanın müşahidə olunması övladlığa verilmə ilə bağlı prosedurları qeri şəffaf olması ilə bağlıdır: "Bilirsiniz ki, ötən il prezident fərman verdi. Övladlığa götürülmə ilə bağlı artıq yeni qanunvericilik layihəsi hazırlanır. İyunda artıq əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən bu qanunlayihəsi təqdim olunacaq. Burada  məsələ ondan ibarətdir ki, övladlığa uşaq verilmə prosesi şəffaflaşdırılacaq və elektron qayda da aparılacaq. Bura da sosial işçilərin cəlb olunması ilə uşağın ən yaxşı ən öndə marağı naminə bütün proses təşkil olunacaq. Belə olan halda artıq uşaqların övladlığa verilməsi prosesi artıq bürokratik əngəllərdən azad olacaq. Hərkəs bəlli kretieriyalara cavab verirsə onlar müraciət edib, növbəyə düşüb və sonradan uşaq götürülməsi prosesinə cəlb oluna biləcəklər. Yəni bundan sonra artıq övladlığa görütürülməsi prosesində artım müşahidə olunacaq. Bəli indiki halda proses çox qəliz və çətindir. Buna görə də bu prossesdə azalma müşahidə olunur”. 


Qeyd edək ki,2018-ci ildə əvvəlki illə müqayisədə övladlığa götürülmüş 3 yaşa qədər olan uşaqların sayında 10,5 faiz, 3-5 yaşlı uşaqların sayında 19,2 faiz, 6-10 yaşlı uşaqların sayında 21,0 faiz, 11-17 yaşlı uşaqların sayında isə 11,9 faiz azalma müşahidə olunub və bu yaş qruplarında müvafiq olaraq 376, 139, 132 və 104 uşaq övladlığa götürülüb.Ötən il ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 14 uşaq övladlığa götürülüb ki, onların da 4-ü qızdır. 2018-ci ildə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən ləğv edilmiş övladlığa götürülmə barədə qərarların sayı əvvəlki illə müqayisədə 15,5 faiz artaraq 67 olub.

 

Похожее изображение

Ayna

Medicina.az