Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Oğlan uşaqları neçə yaşda cinsi münasibətə başlaya bilər?

  • 2023.04.04 14:45
  • 5925 Baxış
Oğlan uşaqları neçə yaşda cinsi münasibətə    başlaya bilər?
Valideyinlərin ən çox verilən suallarından biri də oğlan uşaqlarının cinsi həyata nə zaman başlamaqlarıdır.

“Medicina” xəbər verir ki, həkimlərin fikrincə, oğlan uşaqları qız uşaqlarından 2 il gec yetkinlik dövrünə başlayırlar.
Bu yaş 11 -12 yaş dövrünə təsadüf edir. Bu dövrdə oğlan uşaqlarında cinsi orqan böyüməyə doğru gedir.

Həmin yaş dövründə kişi cinsiyyət üzvünün uzunluğu 4 sm olur. 14 yaşına çatdıqda artıq bu ölçü böyüyərək 7 sm gəlir. 18 yaşda nəhayət 10 sm ölçüsünə gəlib çatır.

Lakin belə bir standart ölçü yoxdur. Bu təqribi ölçülərdir. 1 – 2 sm aşağı yuxarı ola bilər. Bunlarla yanaşı uşaqlarda tüklənmə də baş verir. Bu əsasən 13 – 14 yaşlarından başlayır. Bu proses 18 yaşa qədər davam edir. Eləcə də genetal bölgə ilə yanaşı qol altnda da tüklənmələr başlayır.

Adətən 12 -13 yaşlarda oğlan uşaqlarında xayalarda böyümə prosesi gedir.

15 yaşından isə spermatazoid hüceyrələri yaranmağa başlıyır. Bu proses davam edir 16 -20 yaşa qədər. Nəhayət həmin yaş dövründə yetkinləşmə demək olar ki, başa çatır. Bu proseslərdən sonra, əsas da 16 – 20 yaşda olan oğlan həm intim münasibət qurmağa, həm də ata olmağa şansı var.

Sadalanan əlamətlər hamısı fizioloji əlamətlərdir. Bir də var psixoloji yetişkənlik var. Psixoloji yetişkənlik isə sonrakı yaş dövrünə təsadüf edir.

Günay Quluzadə