Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Oftalmologiyanın bu günü və gələcəyi" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

  • 2019.05.24 13:10
  • 4144 Baxış
"Oftalmologiyanın bu günü və gələcəyi" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
 

 

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 10 illiyinə həsr edilmiş "Oftalmologiyanın bu günü və gələcəyi" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbir Səhiyyə Nazirliyi, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə təşkil edilib.
Medicina.az xəbər verir ki, tədbirdə çıxış edən mərkəzin direktoru, professor Elmar Qasımov bu günün bütün oftalmoloqlar üçün əlamətdar olduğunu deyib. E.Qasımov 10 il ərzində mərkəzin əldə etdiyi uğurlardan danışıb. Direktor qazanılan uğurlarda akademik Zərifə Əliyevanın rolunu xüsusi qeyd edib.
Sonra mərkəzin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Konfrans müxtəlif mövzularda məruzələrlə davam edib.

 

"Oftalmologiyanın bu günü və gələcəyi" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.