Kompyuter arxasında işləyənlərin əksəriyyəti bel ağrısından şikayətçidirlər.
Medicina.az xəbər verir ki, mütəxəssislər bu ağrının səbəbinin oturaq sinir zədələnməsi ola biləcəyini qeyd ediblər.
Belə ki, oturaq sinir (sinyatik sinir) üzərində yaranan ağrılar adətən az olaraq başlayır və zaman keçdikcə şiddətlənir.
Bu problem ayaqlarda yüngül qıcıqlanma, beldən dizlərə qədər ağrı, yorğunluq, uyuşma hissi, yerimədə çətinlik formasında ağrı hissi verir.
Oturaq sinir ağrısı adətən 18-55 yaş arasında ağır iş görən və ya idman etməyən kişi və qadınlarda müşahidə edilir.
Bəs necə müalicə olunur?
Oturaq sinir diaqnozu qoyulan xəstənin yaxşılaşma müddətinin ən vacib qismini fizioterapiya təşkil edir. Bu, ağrını azaltmağa kömək edəcək. Bununla yanaşı ağır hərəkətlərdən qaçmaq tövsiyə edilir.
Şəhanə Quliyeva