Böyük beynəlxalq alimlər qrupu tərəfindən aparılan genişmiqyaslı tədqiqatın nəticələri oturaq həyat tərzinin sağlamlığa zərərli olduğunu təsdiqləyib.
“Medicina” xəbər verir ki, tədqiqatçılar dünyanın 21 ölkəsində yaşayan 35-70 yaş arası 105 mindən çox insan haqqında məlumatları təhlil ediblər. Orta hesabla 11 il ərzində bu insanların sağlamlığı və həyat tərzi haqqında məlumatlar toplanıb.
Bu müddət ərzində 6000-dən çox insan müxtəlif səbəblərdən dünyasını dəyişib, altı minə yaxın insana infarkt, insult və ya ürək çatışmazlığı diaqnozu qoyulub, 1700-dən çox insan ürək-damar sisteminin kəskinləşməsi nəticəsində dünyasını dəyişib.
Toplanmış məlumatların təhlili göstərdi ki, gün ərzində cəmi dörd saatdan az oturanlarla müqayisədə, müntəzəm olaraq, gündə səkkiz və ya daha çox saatı oturaq vəziyyətdə keçirən insanların qocalmaq riski 20% artır, ürək-damar tutmasından ölmə riski 21% təşkil edir.
Ancaq bu risklər fiziki fəaliyyət səviyyəsindən təsirlənir. Qalan vaxtlarda çox oturan, lakin eyni zamanda idmanla məşğul olanların erkən ölüm və ürək-damar xəstəliklərinə tutulma ehtimalı 17%, təkcə işdə deyil, həm də boş vaxtlarında oturanlar da 50% olub.
Tədqiqatın müəllifləri tövsiyyə edir ki, oturaraq sərf etdiyiniz vaxtı azaltmaq mümkün deyilsə, günün qalan hissəsində mümkün qədər fiziki aktiv olmağa çalışın.
Günay Quluzadə