Ofis masaları, kompüter və klaviaturası tualet unitazından da çirklidir.
Bakupost.az xəbər verir ki, Britaniyada aparılan araşdırmada iş yerində mikrobların daha çox olduğunu sübut edib.
Komputer klaviaturasında zibil vedrəsində olduğu qədər mikrob var, mouse isə ayaqaltı xalçadan daha çirklidir.
Hər bir işçinin hər gün istifadə etdiyi iş masası tualet oturacağından 3 qat artıq mikrobludur.
Tədqiqatın müəllifləri müxtəlif ofis səthlərindən nümunələr götürərək onları tualet, zibil qabı və s. çirkli sahələrdən analizlə müqayisə ediblər.
Ofisdə stol, stul, kompüterdən 10 saat istifadə etməklə o çirklənir.
Ofis işçilərinə tövsiyə edilib ki, müntəzəm olaraq, masaları, kompüteri, klaviatura, planşet, printer və s. dezinfeksiya etsinlər.
Bundan başqa, çalışdığınız məkanda müxtəlif iriyarpaqlı bitkilərin olması infeksiyalardan qoruya bilir.