Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ofis işçilərində erkən təzyiq xəstəliyi yaranır

  • 2024.01.27 18:45
  • 1341 Baxış
Ofis işçilərində erkən təzyiq xəstəliyi   yaranır
Həftədə 45 saat ofis işində oturaq işdə çalışan insanlarda hipertoniya riski yüksəlir.


“Medicina” xəbər verir ki, Kanada Laval universitetinin son elmi tədqiqatı bunu sübut edib.


Alimlər 5 il ərzində 3 min dövlət təşkilatı işçilərinin arterial təzyiq göstəricilərii müşahidə edərək, məlumat toplayıb.

Analizlər göstərib ki, həftədə 35 saat ofisdə keçirənlərə nisbətdə 45-49 saat keçirənlər maskalanmış hipertoniyadan 70% daha çox əziyyət çəkirlər.

Dayanıqlı real təzyiq riski isə 60%-dir.

Ofisdə keçirilən saat nə qədər azdırsa, o qədər risk azalır.

Bu əlaqə kişi və qadın işçilərdə eynidir. Təbii ki, peşə, siqaret, bədən çəkisi və digər amillər də riski artırır.

Maskalanmış hipertoniya odur ki, arterial təzyiq tibbi müayinələrdə norma daxilində olur , amma digər zamanlarda və iş zamanı yüksəlir, ona görə xəstə vaxtında müalicə almır.

Bu növ təzyiq də ürək-damar xəstəliklərini artırır və adətən işçilər qəfildən özlərini pis hiss edirlər.

Aygün