Artıq çəki hesab etdiyiniz ağırlıq əslində bədəninizdə toplanan ödem ola bilər.
Mütəxəssislər bədəndəki ödemi aradan qaldırmaq üçün bəzi bitki və qidalardan faydalanmaq lazım olduğunu bildirirlər. Bəzi bitkilər ödemi bədəndən çıxararaq sürətli arıqlamağı asanlaşdırır.
Cəfəri
Cəfəri güclü ödem əleyhinə vasitədir. Bədəndən artıq mayenin çıxarılmasında xüsusilə mühüm rol oynayır. Cəfəri və limon birlikdə istehlak edildikdə ödemi aradan qaldıran ən güclü vasitələrdən birinə çevrilir. Cəfəri həm də bədəndəki iltihabı yox edir.
Hibiskus
Bədəndəki su balansını qoruyan hibiskus, ödemi azaltmaqda çox təsirlidir. Müntəzəm olaraq istehlak edildikdə bədəndəki bütün ödemləri qısa müddətdə aradan qaldırır və ödem əmələ gəlməsinin qarşısını alır.
Çobanyastığı
Çobanyastığı ödemi aradan qaldırmaqla yanaşı, həzm sistemini də rahatlaşdırır.
İtburnu
İtburnu sidikqovucu təsiri ilə tanınır və ödemi azaltmağa kömək edir. İmmuniteti gücləndirən itburnu müntəzəm istehlak edildikdə arıqlamağı asanlaşdırır.
Razyana
Həzm sistemini dəstəkləyir və ödemi azaldır. Müntəzəm olaraq istehlak edildikdə şişkinlik problemini də aradan qaldırır.
Nanə
Nanə həzm sistemini rahatlaşdırır, bədənin maye balansını tənzimləyərək ödemi azaldır.
Zəncəfil
Zəncəfil güclü iltihab əleyhinə vasitədir. İltihabı azaltmağa kömək edən zəncəfil bədəndən artıq ödemi atır.
Qeyd edək ki, adı çəkiən məhsulları müxtəlif salatlara, simuzilərə və ya detoks sularına əlavə edərək hər gün müntəzəm olaraq istehlak etmək olar.
Aysel