Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Öddə daş əmələ gəlməsinin qarşısını necə alaq?

  • 2023.03.27 21:38
  • 2667 Baxış
Öddə daş əmələ gəlməsinin qarşısını necə alaq?
Düzgün qidalanmaq orqanizmdə olan orqanların funksiyasının düzgün işləməsinə kömək edir.


Diyetoloq İnna Rojok bildirib ki, ödün stimullaşdırılması və artıq çəkiyə nəzarət vacibdir. Artıq çəki, rasionda çoxlu yağlı və xolesterinli yeməklər, oturaq həyat tərzi, həmçinin yemək qəbulu zamanı intervalın çox olması ödün durğunluğuna gətirib çıxardacaq.


“Medicina” xəbər verir ki, öd daşlarının profilaktikasında bədən çəkisinə nəzarət edilməlidir. Eləcə də yeməklər liflə zəngin olmalıdır.

Tərəvəz, qoz – fındıq və paxlalı bitkilərdən hazırlanmış yeməklər yemək ödün ifrazı üçün önəmlidir.
Yemək qəbilu zamanı ara intervalı çox olmamalıdır. Gündüzlər bu interval 6 -7 saat, axşamlar isə 10 -12 saat olmalıdır.
Bədən çəkinizə uygun olaraq 1 kq çəkiyə 30 ml su içmək lazımdır. Kofe də ödün stimullaşmasında rol oynayır.

Yağlı yeməklərin miqdarını azaldın. Hansı ki, doymuş yağlarda xolestrin yüksəkdir. Məsələn yağlı ət, yağ, yağlı süd, böyrəkdə doymuş yağlar xolestrini yüksək olur.

Aygün Musayeva