Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- VİDEOÖd kisəsindən 1050 ədəd daş çıxarıldı

  • 2019.10.04 16:39
  • 4527 Baxış
 - VİDEO Öd kisəsindən 1050 ədəd daş çıxarıldı
Türkiyənin Şanlıurfa şəhərində yaşayan Mədinə Kamal adlı xanım qarın ağrısından şikayətlənərək Balıklıgöl Dövlət Xəstəxanasına müraciət edib.


Medicina.az-ın məlumatına görə, analizlərdən sonra məlum olub ki, öd kisəsində daş var və qarnındakı ağrıların səbəbi də elə həmin daşların yaratdığı narahatlıqdır. 

Təcili əməliyyata alınan Mədinə Kamalın öd kisəsindən ən kiçiyi 2 mm, ən böyüyü isə 15 mm ölçüsündə 1050 ədəd daş çıxarılıb.

Əməliyyatı edən Cərrah Mətin Yalçın 17 illik peşə təcrübəsində belə halla ilk dəfə rastlaşdığını deyib və təəccübünü gizlətməyib.


Sözügedən hadisəylə bağlı videonu təqdim edirik: