Əgər öd kisəsi vaxtında aktiv işləməsə, eləcə də qaraciyər problem olsa, gec-tez öd kisəsində daş olacaq. Öd kisəsində kiçik daş belə həyati təhlükəlidir.
“Medicina” xəbər verir ki, hepatoloq Alla Yujova öd kisəsi daşları zamanı əlamət və ağrıdan danışıb.
“Öd kisəsindən qarında və sağ qabırğaaltında ağrı 5 saata qədər davam edə bilər.
Öd kisəsi ağrısı daimi olur, sakit halda da davam edir, tualetə gedəndə, qrip olanda daha da kəskinləşə bilir.
Günün istənilən saatı ola bilər, hətta gecə yuxudan da oyana bilərsiz.
Öd kisəsi daşlarının digər əlamətləri:
- Yüksək hərarət
- Güclü ağrılı ishal
- Ürək döyüntüsü
- Dəri və göz ağının saralması
- Dəri qaşınması
- İştahsızlıq
- Titrəmə
Aygün Musayeva