Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Öd kisəsində daş olanlara “mandarin” olar?

  • 2025.02.03 18:39
  • 133 Baxış
Öd kisəsində daş olanlara “mandarin” olar?


Əgər mədəaltı vəzi və öd kisəsi ilə bağlı probleminiz varsa, naringidən uzaq durmalısınız.

“Medicina” xəbər verir ki, praktik həkim Səbinə Delmanova bu barədə məlumat verib.


“Həzm sistemi xəstəlikləri: qastrit, kolit, mədə xorası, həmçinin mədəaltı vəzi və öd kisəsi ilə bağlı problemlər olan insanlara turş meyvələr, sitrus meyvələr tövsiyə edilmir.

Pediatrlar bir yaşa qədər uşaqlara naringi verməyi məsləhət görmürlər.
Naringilərin tərkibində şəkər var və qan qlükoza səviyyəsinə təsir edə bilər. Şəkərli diabet xəstələri istehlak etdikləri meyvələrin miqdarına nəzarət etməlidir.

Tərkibində yüksək kalium olduğuna görə naringi böyrək xəstəliyi olan insanlar üçün tövsiyə olunmaya bilər, çünki bu, orqanizmdə artıq kaliumun yaranmasına səbəb olur.

Qastrit və ya mədə xorası olan insanlar üçün naringidəki turşu simptomları pisləşdirə və narahatlığa səbəb ola bilər”.


Aygün Musayeva