Son zamanlar uşaq, gənc və yaşlı insanlarda USM müayinədə öd kisənin əyilməsi, vəziyyətinin, yerinin dəyişməsi barədə tez-tez diaqnozlar qoyulur. Çoxu buna adi hal, ya anadangəlmə patologiya kimi yanaşsa da əslində öd kisəsi sonradan da əyilə bilər.
1.Xolesistit kəskin və xroniki forma aldıqda öd kisəsinin divarlarında distrofik dəyişiklik yaradır.
2.Kisədə daşlar – orqanın deformassiyasına səbəb olur
3.Öd durğunluğu
4.Ağır fiziki iş, yük qaldırmaq, peşəkar idmanla məşğul olmaq
5.Öd kisəsi və yollarında spaykalar
6.Orqanın iltihabi proseslər və daşdan ölçüsünün böyüməsi
7.Qeyri-sağlam qidalanma nəticəsində kisənin piylənməsi
8.Anadangəlmə, genetik
Yalnız anadangəlmə əyrilik patologiya hesab olunmur və öd kisəsinin funksiyasına heç bir təsir etmir.
Amma bir şərtlə ki, insanın ödünün anadangəlmə əyri olması uşaqlıqdan aşkar olunsun.
Öd kisəsi əyilməsinin əlamətləri:
-Sağ qabırğaaltında onurğa və belə yayılan ağrı
-Ürək döyüntüsünün artması
-İştahın azalması
-Tez-tez ürəkbulanma, qaytarma
-Həzmin pozulması
-Ağızdan su axma
-Hava çatışmazlığı
-Yeməkdən sonra qarında köpmə
Əgər öd kisəsi əyilməsi xroniki iltihab nəticəsində yaranıbsa, insanın ümumi halına da mənfi təsir göstərir. Pasiyentlər adətən dəridə bozumtul rəng, ağızda acılıq, tərləmədən şikayətlənirlər.
Bu simptomlar sizdə varsa, mütləq həkimə tibbi yardım üçün müraciət edin.
Bəzən öd kisəsi əyilməsi özlüyündə keçib gedir, bəzən isə öd kisəsi boynunun iltihabı və " ölməsi” ilə nəticələnir.
Müalicəsi:
Diaqnoz USM və bəzi analizlərlə qoyulur. Öd kisəsində mövcud xəstəliklər dərman terapiyası ilə müaicə təyin edilir, bəzi hallarda isə fizioterapiya və ya idman hərəkətləri ilə öd kisəsi deformasiyası aradan qaldırılır. Əgər öd kisəsi tamamən funksiyasını itiribsə, bir hissəsi iltihablaşıb və öd şirəsi mədəyə axırsa, o zaman əməliyyatla öd kisəsi çıxarıla bilər.