Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Öd kisəsi daşı mədə ağrısı ilə qarışdırılır" - Həkim

  • 2021.04.27 13:48
  • 2343 Baxış
"Öd kisəsi daşı mədə ağrısı ilə qarışdırılır" -  Həkim

Öd kisəsi daşının yaranmasında qadınlar daha çox risk altındadırlar.


Medicina.az xəbər verir ki, türkiyəli həkim Bülent Yaşar öd kisəsi barədə danışıb:

"Xəstələr çox zaman ağrını mədə ağrısı olaraq ifadə edirlər. Bu qarnın üst orta və sağ tərəfində yemək sonrası başlayan, kürəyə və sağ çiyinə vuran, bir neçə saat davam edən şiddətli ağrılardır. Mədə ağrısı hesab etdiyiniz öd kisəsi daşı ola bilər. Öd mayesi qaraciyər hüceyrələri tərəfindən ifraz olunur və öd kisəsində toplanır. Yeməkdən sonra ana öd kanalı yolu ilə nazik bağırsaqlara tökülür və qidalarla aldığımız yağların orqanizmdə əmilməsini təşkil edər”.

DAHA ÇOX QADINLAR RİSK ALTINDADIRLAR

“Öd daşı problemi yaşla birlikdə getdikcə daha da artıb. Xüsusilə qadınlarda daha çox rastlanılır. Yüksək xolesterol tərkibli qidalanma, artıq çəki, hamiləlik, sürətli çəki atma, özəlliklə artıq çəki əməliyyatı öd daşının yaranma riskini artıran faktorlardır.
Əgər xəstədə öd kisəsi iltihabı yaranıbsa, temperatur, bulantı, qusma kimi əlamətlər də ola bilər. Kiçik daşların öd kanalına düşməsi nəticəsində sarılıq, öd yolu və mədəaltı vəzi iltihabı da yarana bilər. Standart müalicəsi qapalı dediyimiz laparoskopik əməliyyatdır. Şikayət yaratmayan öd kisəsi daşlarında cərrahi əməliyyat məsləhət edilmir. Gənc və çoxlu kiçik daşı olan xəstələr daha risklidir. Müalicəsi xəstəyə özəl seçilməlidir”.