79-cu Venesiya Film Festivalında təqdimatı keçirilən “The Whale” (Balina – red.) filmi tamaşaçılar tərəfindən 6 dəqiqə ayaq üstdə alqışlanıb.
OLAY yazır ki, “Qızıl Şir” mükafatı üçün yarışan Derren Eronofskinin filmi ilin ən çox gözlənilən layihələri arasında idi.
“Mumiya” filmi ilə məşhurlaşan və uzun müddətdir kino sənayesindən uzaqda olan amerikan aktyor Brendan Freyzer isə performansı ilə hər kəsi mat qoyub. O, ekran işində şişman bir şəxsi oynamaq üçün çəki alaraq 270 kilo olub.
Alqışlanan sənətçi göz yaşlarına hakim ola bilməyib və rejissoru qucaqlayıb. Tənqidçilərdən və kinomanlardan rəğbət qazanan filmin “Oskar” mükafatları gecəsində bir addım öncə olacağı bildirilir.
Samuel Di Hanterin “Balina” adlı tamaşasının film adaptasiyası olan layihədə Freyzer 17 yaşlı qızı ilə münasibətlərini yaxşılaşdırmaq üçün mübarizə aparan şəxsə həyat verir.