Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Obama 6 il öncə koronavirusdan nə demişdi?

  • 2020.04.14 14:58
  • 4274 Baxış
Obama 6 il öncə koronavirusdan nə demişdi?


ABŞ-ın keçmiş prezidenti Barak Obamanın 2014-cü ildə səsləndirdiyi fikirlər bu gün üzə çıxaraq, dünya mediasının gündəmini zəbt edib. Məsələ burasındadır ki, keçmiş dövlət başçısı müvafiq qurumları mümkün epidemiyaya qarşı hazırlıqlı olmağa çağırıb.

Medicina.az xəbər verir ki, Publika.az-ın məlumatına görə, o açıqlamasında bildirib:

“Havadan yoluxa bilən ölümcül xəstəliklə qarşılaşa bilərik və böyük ehtimalla qarşılaşacağıq. Ona qarşı ciddi mübarizə apara bilmək üçün sadəcə ölkədə deyil, qlobal şəkildə infrastruktur yaratmalıyıq.

”H1N1” ciddi tələfata yol açmadığına görə şanslı idik. Ebola məsələsində eyni sözləri deyə bilmərəm. Çünki, Qərbi Afrikada dağıdıcı təsirləri oldu. Amma ebola hava yoluyla yoluxmur. Əgər İspan qripinə bənzər virus 5, ya da 10 il sonra ortaya çıxsa, indidən atacağımız addımlar gələcək adına yaxşı yatırım olacaq. Bu, çox ağıllı yatırım olacaq”.