Xəbər verdiyimiz kimi, martın 13-də "OBA” marketlər şəbəkəsində üzərində 15.03.19-cu il tarixi göstərilmiş yumurtalar satışa çıxarılıb.
Həmin yumurtaların Yasamal rayonu ərazisində yerləşən "Oba Market”lərdən birində satıldığı məlum olub.
Bu barədə OBA marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elvin Babayev Medicina.az-a bildirib ki, şirkət faktla bağlı araşdırma başladıb: "Foto paylaşılan günü Yasamal rayonunda yerləşən bütün marketlərə əməkdaşlarımız tərəfindən baxış keçirildi. Bütün yumurta qutuları və üzərindəki tarix yoxlanıldı. Lakin qeyd olunan halla qarşılaşmadıq. Müştəri ilə əlaqə saxladıq və müştərini marketə dəvət etdik. Müştəri aldığı bütün yumurtaları gətirdi. Lakin alınan yumurta kasetinin içində cəmi iki ədəd 15i tarixli yumurta aşkarlandı. Düşünürük ki, bu çap xətasıdır və bu problem istehsal prosesində çalışan personalın diqqətsizliyindən qaynaqlanır”.