Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

– 1,2 milyon qadının analizləri və təhlükəli nəticəO bizi xərçəngə aparır!

  • 2019.01.22 11:00
  • 8537 Baxış
 – 1,2 milyon qadının analizləri və təhlükəli nəticə O bizi xərçəngə aparır!

Hər gün 25-30 qr ət yeyən insanda gün ərzində bu məhsullardan 5 qr istifadə edənlərlə müqayisədə süd vəzi xərçəngi riski 9% artmış olur. Alimlər bu fikrə 1,2 milyon qadın üzərində apardıqları araşdırmanın nəticələrini analiz edərək gəliblər. 


Medicinaz.az bildirir ki, şişin yaranma səbəbi emal olunmuş ətin tərkibində natrium nitrit (Е250) maddəsinin olmasıdır. Bu komponent  kolbasa, sosis, vetçina, turşular, hot-doq, konserv və ət souslarının tərkibində çox rast gəlinir. 


Bu maddə ət məmulatlarının tərkibinə dadını artırmaq və saxlanma müddətini uzatmaq üçün vurulur. 


Daha əvvəllər gün ərzində 50 qr işlənmiş ət məhsulu istifadə etməyin bağırsaq xərçəngini 18%-dək artırdığı məlum olub. Ekspertlər həmçinin bu zaman mədəaltı vəzin və prostat xərçənginin yaranma riskinin artdığını da bildirirlər.


Arzu

Medicina.az