Nyu-Yorkda meymunçiçəyinə görə fövqəladə vəziyyət elan edilib.
Medicina.az xəbər verir ki, bu barədə məlumatı ştatın qubernatoru Keti Hokul açıqlayıb.
Qubernator bildirib ki, ABŞ-dakı hər 4 yoluxmadan biri Nyu-Yorkda qeydə alınır.
Məlumata görə, Nyu-York ştatında meymunçiçəyinə 1345 yoluxma halı qeydə alınıb. Yoluxma sayına görə ikinci pillədə isə Kaliforniya ştatı yer alıb. Burada ümumilikdə 799 yoluxma aşkar olunub.