Nyu-Yorkda məşhur azərbaycanlı transplantoloqun spikerliyi ilə tədbir

  • 2024.08.09 16:26
  • 2451 Baxış
Nyu-Yorkda məşhur azərbaycanlı transplantoloqun    spikerliyi ilə tədbir

Amerikada Olbani klinikasının transplantasiya və donorluq mərkəzinin rəhbəri, azərbaycanlı cərrah, professor Rauf Şahbazovun spikerliyi ilə tədbir keçiriləcək.


“Medicina” xəbər verir ki, Rauf Şahbazov uzun illərdir ABŞ-da transplantoloq kimi çalışıb və Azərbaycan-Amerika Tibbi Assosiasiyasının təsisçisidir.


O, 1 sentyabr 2024-cü ildə Assosiasiyanın ümumi toplantısında əsas, fəxri spiker kimi

“Pasiyentlərə dəstək və tibbi təşkilatın yaranmasında bizim təcrübəmiz” mövzusunda məruzə edəcək.


Doktor transplantologiya, tibbi xidmətdə gələcəkdə daha nələr edə biləcəyimizlə bağlı tövsiyələrini bölüşəcək.

Qeydiyyat üçün link


MEDİCİNA.AZ