Nyu-York şəhərinin Bruklin ərazisində dəfn bürosunun yaxınlığındakı yük maşınlarında onlarla çürümüş insan meyiti aşkarlanıb.
Medicina.az xəbər verir ki, ətrafda yaşayan sakinlər xoşagəlməz qoxudan polisə şikayət ediblər.
Polis əməkdaşları dəfn yük maşınlarının içində xeyli çürümüş meyit tapıb.
Bunlar koronavirusdan ölənlərin cəsədləri idi.
Nyu-York ABŞ-da koronavirus epidemiyasının mərkəzi hesab olunur. COVID-19 səbəbindən xəstəxanaya yerləşdirilən xəstələrin sayının azalmasına baxmayaraq, virusdan gündəlik itkilərin miqyası yüksək olaraq qalır.
Məmurlardan biri söyləyib ki, cəsədlərin yığıldığı dondurucu kamerada nasazlıq yaranıb və dəfn bürosu meyitləri yük maşınlarında saxlamaq məcburiyyətində qalıb.
Şəhər dəfn büroları artıq meyit axını qarşısında çarəsiz qaldıqlarını bildiriblər.