Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nüvə silahı atılarsa, insanları nə gözləyir, xilas şansı varmı? - Orqanizmə 5 təsiri

  • 2022.02.28 14:15
  • 7158 Baxış
Nüvə silahı atılarsa, insanları nə gözləyir, xilas şansı varmı?   -  Orqanizmə 5 təsiri



Rusiya Ukrayna müharibəsinin pik nöqtəsində Putin nüvə raketləri qüvvələrnin hazır vəziyyətə gətirilməsi barədə göstəriş verməsi ilə III dünya müharibəsinin başlaması və nüvə müharibəsi barədə gümanları həqiqətə bir addım da yaxınlaşdırdı.



Əgər hər hansı nüvə başlığına sahib ölkə düyməyə basarsa və nüvə hücUmu olarsa, yaxın uzaq ölkələrin əhalisinI nələr gözləyir? Nüvə silahı orqanizmə necə təsir göstərir? Hansı xəstəliklərə səbəb olur. Bundan qorunmaq mümkündürmü?

Medicina.az nüvə silahı partlayışlarının ətraf mühitə və orqanizmə təsirini araşdırıb.

Nüvə silahı partladığı ölkədən, ərazidən min kilometlərlə radiusda – yəni 4 tərəfə ətraf mühit və orda yaşayan insanlara dağıdıcı təsir edir.

Ona görə bir ölkəyə nüvə hücumu onunla qonşu bütün regiona təsirsiz ötüşmür.

ABŞ və Rusiyanın arsenalında olan nüvə başlıqları əfəe müharibədə tətbiq olunarsa, iqlim fəlakətləri, faciəvi nəticələr, elmi dildə “nüvə qışına” səbəb olacaq.

Hətta çok kiçik miqyasda və cəmi 2-3 dəfə atılacaq nüvə raketi regionda yüzlərlə yanğn törədəcək ki, yanğınlardan strotosferə atılan qazlar Günəş işığın blok edib, dünyasının böyük qismində “Qış alatoranlığı” yarada bilər.

Nüvə müharibəsi o deməkdir ki, insanlar tüstü və zəhərli hava ilə nəfəs alacaq, içməli su təminatı məhv olacaq.

Əksər insanlar nüvə partlayışı ərazisində olmasa da, sonradan “Nüvə qışının” təsirindən ciddi ərzaq və su çatışmazlığına görə acından öləcək.

Hətta kiçik ərazili regional nüvə müharibəsi – indiki halda Rusiya Ukrayna və ya Avropa sərhədlərinə tətbiq edərsə, qlobal miqdasda 50 milyon insanın acından ölməsinə gətirib çıxara bilər.

Qlobal faciə indiki və gələcək nəsillərin də sağlamlığına ciddi təhlükə olacaq.

1983-cü ildə Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, hər bir həkim nüvə silahı tətbiqindən sonra insanlara yardım və müalicənin prinsiplərini bilməlidir. Lakin həkimlərin birinci vəzifəsi nüvə müharibəsinin qarşısını hər yolla olur-olsun almaq, buna yol verməməkdir.
Çünki nüvə hücumu olarsa, sonradan insanlara həkimlər heç bir kömək edə bilməyəcək. Çünki nüvə partlayışının fəsadları qarşısında tibb acizdir.

Nüvə silahı atılan region və radiusda şəhərlərdə xəstəxanalar, klinkalar da yanacaq və ölən insanlar içində həkimlər, tibb işçiləri də olacaq. Regiona nüvə silahının atılması həm də orda olan bütün həkim, tibb işçisinin məhvi deməkdir.

Nüvə partlayışı insanı necə yaralayır: intensiv istilik və qaynar hava dəridə, gözlərdə, tənəffüs yolarında ciddi yanıqlar törədir, zərbə dalğası və küləyin təsirindən binalar, obyektlər dağılır və dağıntı xəsarətlərindən insanlar yaralanır, yüksək dozalı şüalanma nəticəsində insanlarda cəmi bir neçə ay ərzində bədxassəli şişlər və xərçəng xəstəlikləri baş qaldırır. Nəticədə insanlarda ağciyərdən tutmuş beyin, qan xərçənginə kimi ciddi onkoloji xəstəliklər diaqnoz olunur.


Radioaktiv zərərli maddələr dolayı yolla bitkilər, su, qida, hətta heyvanların əti ilə də orqanizmə daxil olacaq.

Nüvə hücumundan və nüvə raketinin partlamasından sonra böyük ərazidə ən azı 3 il radioaktiv çirklənmə pik həddə olur.

1963-cü ildən bəri nüvə silahları atmosfer səviyyəsində sınaqları aparılır, elə o vaxtdan və Çernobıl AES-də qəzadan sonra Avropa və keçmiş SSRİ- ölkələrində xərçəng xəstəliyi və uşaq xəstəlikləri tüğyan etməyə başladı.

Dünya Səhiyyə təşkilatı nüvə silahlarının fəsadlarını insan orqanizmi üçün faciəvi və geri dönüşü olmayan məhv prosesi kimi qiymətləndirib və dövlətləri nüvə silahı təcrübəsi və tətbiqindən çəkinməyə çağırıb.

Bu elə bir müharibədir ki, heç bir dərman, sarğı və əməliyyat, heç bir yüksək səviyyəli tibb onun yaralarını sağalda bilməyəcək.

MEDICINA.AZ