Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nursultan Nazarbayev koronavirusa yoluxub- Vəziyyəti açıqlandı

  • 2020.06.20 19:29
  • 1491 Baxış
Nursultan Nazarbayev koronavirusa yoluxub - Vəziyyəti açıqlandı


Koronavirus infeksiyasına (COVID-19) yoluxan Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev özünü yaxşı hiss edir.

Medicina.az xəbər verir ki, bu barədə bu gün N. Nazarbayevin mətbuat katibi Aydos Ukibay “Tengrinews”a məlumat verib.

“Nursultan Nazarbayev özünü yaxşı hiss edir, xəstəliyi simptomsuz keçirir. Onun temperaturu stabildir. Qazaxıstanın birinci prezidenti həkimlərin nəzarəti altındadır. Həkimlərin bildirdiyinə görə, narahatlıq üçün əsas yoxdur”, - deyə A. Ukibay vurğulayıb.