Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nurofendən uşağın böyrəkləri sıradan çıxdı

  • 2025.02.08 09:28
  • 153 Baxış
 Nurofendən uşağın böyrəkləri sıradan çıxdı


39 yaşlı Luisa Karol oğlu Coş boğaz ağrısı və qızdırmadan şikayətləndikdə onu tövsiyə olunan dozalarda maye Nurofen ilə müalicə etdi. Dərman şüşəsində üç aylıqdan 12 yaşa qədər olan uşaqlar üçün uyğun olduğu yazılıb. Coş sağalsa da, bir həftədən sonra yenidən qızdırma və qusmalar başladı.

“Medicina” xəbər verir ki, həkimlər əvvəlcə düzgün diaqnoz qoya bilməyib. Zamanla ağırlaşan uşaq xəstənaya aparıldıqda böyrəklərdə nefrit və artıq çatışmazlığa doğru gedən proses aşkarlanıb


O, London Uşaq Xəstəxanasına göndərilib, burada biopsiya nəticəsində tubulointerstisial nefrit diaqnozu qoyulub.

Həkimlər hesab edirlər ki, Coşun böyrək çatışmazlığına Nurofen də daxil olmaqla qeyri-steroid adərmanların qəbulu ilə bağlı yan təsirlər səbəb olub.
Oğlan hazırda böyrəklərini bərpa etmək üçün steroid qəbul edir.

O, həmçinin aşağı kalium pəhrizindədir. Anası deyir ki, xəstəxananın tibb bacıları ona Nurofen qəbul edən uşaqlarla bağlı bir çox oxşar hadisələrdən danışıblar.


Ona görə də kiçik yaşlı uşaqlara belə dərmanlar verəndə ehtiyatlı olun.


Aygün Musayeva