Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nurofen uşaq şamlarına qadağa qoyuldu – Tələblərə cavab vermir

  • 2019.08.19 21:05
  • 6267 Baxış
Nurofen uşaq şamlarına qadağa qoyuldu –  Tələblərə cavab vermir
Rusiya Səhiyyə Nazirliyinin rəsmi dərman preparatları reyestrində Nurofen uşaqlar üçün rektal şamların istifadəsinin dayandırlması barədə məlumat yerləşdirilib.


Medicina.az xəbər verir ki, dərmanı istehsal edən şirkər lisenziya tələblərinə cavab vermir və  dərmanın təcrübədə tətbiqi üçün tələb olunan qaydalara uyğun deyil. 


Yunan farmakoloji kompaniyası Famar ABE-nin istehsalı olan rektal şamlar bu ildən uşaqların müalicəsi üçün istifadədən çıxarılır və bu barədə bütün lazımi qurumlara məlumat verilib. 


Hələ ki, Azərbaycanda Nurofenin şamlarının istifadəsinin məhdudlaşdırılması barədə rəsmi qərar olmasa da, valideynlər və pediatrlar bu şirkətin istehsalı olan şamların istifadəsi zamanı diqqətli olsunlar.