UFC çempionu Həbib Nurməhəmmədovun meneceri Əli Əbdüləziz döyüşçünün məşqçisi və atası Əbdülmanaf Nurməhəmmədovun səhhəti ilə bağlı açıqlama verib.
Ə.Əbdüləziz qeyd edib ki, koronavirus diaqnozu qoyulan 57 yaşlı mütəxəssisdə sağalma əlamətləri müşahidə olunur:
“Həbib və atası çox güclüdürlər. O yaxşılaşır. Gözlərini açıb reaksiya verir – bu, yaxşı əlamətdir.
Allah vəziyyətə nəzarət edir. Biz hamımız onun yaxşı olacağına inanırıq. Hər şey yalnız onun sağlamlığından asılıdır. O yaxşılaşır, biz hamımız buna görə şadıq”, - deyə menecer qeyd edib.