Müğənni Nura Suri qabırğalarını çıxartdırıb.
Medicina.az axsam.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə "10-da görüşək" proqramında danışıb.
N.Suri başqa prosedurlar da etdirdiyini bildirib:
"Əməliyyat bu yaxınlarda olub. Hazırda belim 60-dır. Xırda proseduralar da etdirmişəm. Amma getdim, əməliyyat etdirdim, arıqladım deyə bir şey yoxdur. Mütləq şəkildə diqqət etməlisən".