Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Noyabrda 107 nəfər zəhərlənib - Sirkə turşusu içənlər çoxdur

  • 2023.12.04 16:13
  • 953 Baxış
Noyabrda 107 nəfər zəhərlənib  - Sirkə turşusu içənlər çoxdur


Noyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 107 nəfər qəbul edilib.

"Medicina" xəbər verir ki, onlardan 38-i kişi, 54-ü qadın, 15-i isə uşaq olub. Qəbul olunan xəstələrdən 55-i dərmandan, 23-ü sirkə turşusundan, 9-u etanoldan, 7-si dəm qazından zəhərlənib.


7 nəfər allergik reaksiya, 2 nəfər botulizm, 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin 2 nəfəri ilan, 1 nəfəri həşərat sancıb.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü dünyasını dəyişib. Onlardan 3-ü kişi, 1-i qadın olub.