Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Novokain orqanizmi sağaldır və cavanlaşdırır – Bir ampulun bilmədiyiniz 10 möcüzəsi

  • 2019.07.02 20:40
  • 115536 Baxış
Novokain  orqanizmi sağaldır və cavanlaşdırır –  Bir ampulun bilmədiyiniz 10 möcüzəsi
 Ötən əsrin 80-ci illərində sovet ölkələrində qəzetlərdə belə bir yazılar çıxırdı ki, novokain insanı sağlamlaşdırır, ömrü 20% uzadır. Həmin xəbərə inanan insanlar apteklərdə novokainə hücum edib, qutu-qutu alaraq, ampulaları sındırıb çay qaşığında su ilə qatıb içirdilər. Bu metodu tətbiq edənlər çox idi, lakin novokaini kor-koranə daxilə qəbul etmək, içmək olmazdı və bunun fəsadları az olmadı. Təbii ki, novokain insan ömrünü uzatmadı, daha sonra sovetlər dağıldı və bu mif unuduldu.


Medicina.az xəbər verir ki, yerli keyidici və ağrıkəcisi, blokador kimi istifadə edilən tibbin əvəzolunmazı novokain məhlulu həqiqətən orqanizmə digər məqamlarda da faydalıdır və güclü şəfa mənbəyidir.


-     Belə ki, o sinir sistemini müalicə edir.


-Yüksək təzyiq, miqren, baş boyun ağrılarında əzələlərin hipertonusunu götürür, spazmları azaldır, həmçinin titrəməni götürür

-Qan dövranını yaxşılaşdırır


-Qanqrenanı sağalda bilir – bunu hərbi həkim Aleksandr Marinov kəşf etmişdi. Bir dəfə o, bir yaralı əsgərin qanqrenalı ayağını amputasiya əməliyyatı zamanı təcili evakuasiya səbəbindən yarımçıq qoyub, xəstəyə sadəcə novokain vurmaqla vaxt qazanırdı ki, ağrı hiss etməsin. 

2 gün sonra kəsmək istədiyi pəncədə sağalma prosesi görür və novokain blokadasından başqa bir prosedur etmədiyinə görə bu möcüzəni novokainə bağlayır.


-Novokain hüceyrələrin qidalanmasını bərpa edir, onlar canlanır


-Göbələkəleyhinə təsir edir, ayaq, əl barmaqlarına çəkilə bilər


-Heyvanlar üzərində aparılan təcrübə göstərib ki, şiş xəstəliklərini azaldır, yox edir. İnsanlar üzərində belə bir təcrübə aparılmayıb


-Onkoloji xəstəliklər əleyhinə təsiri həkim manuoloq, psixiatr Aleksandr Romanovskiy təcrübələr apararaq, şəxsən təsdiq edib. O, xəstələrdə onurğada xəstə orqanın ağrı nöqtəsini taparaq ora novokain  yeridirdi. Eləcə də əzələ daxilinə B1 vitamini təyin edirdi. 46 prosedurdan sonra sağalma başlayırdı. Hazırda təqaüddə olan alim Moskvada çalışır və xərçəngli xəstələri bu metodla müalicəyə davam edir.


-Qadınlarda libidi artırır, həvəs oyandırır


-Ukrayna tədqiqatçıları sübut edib ki, novokain vitamin inyeksiyalarından da effektiv təsir edir. Onun tərkibində olan paraaminobenzoy turşusu canlı orqanizmin hüceyrələri üçün vacibdir. Bu turşu qalxanvari vəzi, digər vəzilərin işini və hormonal sintezini yaxşılaşdırır. Bu maddə orqanizmin qocalmasının qarşısını alır. 

 


Novokain  orqanizmi sağaldır və cavanlaşdırır –  Bir ampulun bilmədiyiniz 10 möcüzəsi
Novokain  orqanizmi sağaldır və cavanlaşdırır –  Bir ampulun bilmədiyiniz 10 möcüzəsi
Novokain  orqanizmi sağaldır və cavanlaşdırır –  Bir ampulun bilmədiyiniz 10 möcüzəsi