Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Növbəti koronavirus bu heyvandan yayılacaq- Alimlər

  • 2021.11.22 15:42
  • 1728 Baxış
Növbəti koronavirus bu heyvandan yayılacaq - Alimlər
kKronavirusun necə ortaya çıxdığına dair araşdırmalar dəqiq olmasa da, mütəxəssislər gələcək pandemiyalara qarşı işləməyə davam edirlər.

Həmin tədqiqatlardan biri ABŞ-ın Prinston Universitetində aparılıb. Prof. Dr. Mona Singh və Dr. Şon Kinqin rəhbərlik etdiyi araşdırmada gəmiricilərin koronavirusla əlaqəsi araşdırılıb.

Xəstəliyin ötürülməsində təsirli olan ACE2 fermentinin gəmiricilərdə inkişafını araşdıran mütəxəssislər gəmiricilərin əcdadlarının SARS-Cov infeksiyalarını dəfələrlə keçirərək müqavimət göstərdiyini aşkar ediblər.


Singh və Kinq müasir dövrdə siçanların koronavirusun asemptomatik daşıyıcısı ola biləcəyini söyləyib. Mütəxəssislər buna görə də növbəti növ koronavirusun siçanlardan yayıla biləcəyini irəli sürüblər.