Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Növbəti bir neçə ay çox çətin olacaq" ÜST

  • 2020.10.24 10:04
  • 4795 Baxış
“Növbəti bir neçə ay çox çətin olacaq"  ÜST

"Növbəti bir neçə ay çox çətin olacaq”.

Medicina.az xarici mətbuata istinadən bildirir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus Cenevrədəki brinfinqdə koronavirus pandemiyası ilə bağlı vəziyyəti şərh edərkən deyib.

Brifinq təşkilatın yutub kanalı vasitəsilə yayımlanıb.

"Biz COVID-19 pandemiyasının kritik vacib kəsişməsindəyik, xüsusilə şimal yarımkürəsində. Növbəti bir neçə ay çox çətin olacaq və bəzi ölkələr təhlükəli trayektoriyadadır”, - deyə ÜST rəhbəri xəbərdarlıq edib.

O, dünya ölkələrinin liderlərini ölüm hallarının artması, səhiyyə sistemlərinin çökməsi və məktəblərin bağlanmasının qarşısının alınması istiqamətində dərhal addımlar atmağa çağırıb.