Norveçin Müdafiə naziri Frank Bakke-Yensen COVID-19-a yoluxma şübhəsi ilə karantinə alınıb.
Medicina.az xəbər verir ki, bu barədə Müdafiə nazirinin özünə istinadən məlumat yayılıb. .
"Müdafiə naziri yaxın vaxtlarda bütün ziyarət və görüşlərini təxirə salır, çünki o, koronavirusun daşıyıcısı ola bilər", - deyə nəşr bildirib.
Qeyd olunub ki, ona hələ son diaqnoz qoyulmayıb, lakin virusa yoluxması təsdiqlənsə, nazirlik xəstəliyin yayılmaması üçün bütün tədbirləri görəcək.