Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Norovirus aktivləşib – Qripdən fərqi, simptomlar

  • 2023.07.24 10:12
  • 1052 Baxış
Norovirus aktivləşib   – Qripdən fərqi, simptomlar

Hazırda norovirusa yoluxma halları son 10 ildə ilk dəfə olaraq artıb.


“Medicina” xəbər verir ki, terapevt İrina Andreyevnanın sözlərinə görə, simptomlar bir-iki gün ərzində birdən başlaya bilər. Virus simptomların başlanğıcından bütün simptomlar yox olduqdan 48 saat sonraya qədər ən yoluxucudur. İnsan 5 gün ərzində yoluxucu qalır.


Norovirusun əsas simptomları aşağıdakılardır:

• Xəstəlik hissi
• İshal
• Zəiflik.

Noroviruslu bir şəxs bunları hiss edə bilər:

• İstilik
• Baş ağrısı
• Qollarda və ayaqlarda ağrı


Virusun daşıyıcısı ilə yaxın təmas, virus olan səthlərə və ya əşyalara toxunub, sonra ağzınıza toxunmaqla və ya norovirus daşıyıcısı tərəfindən hazırlanmış və ya emal edilmiş yemək yeyərək norovirusa yoluxa bilərsiniz.

Norovirus adətən, evdə müalicə edilə bilər, ən əsası bol maye içməkdir. Viruslu insan iki-üç gündən sonra özünü yaxşı hiss etməyə başlayır. Əllərinizi tez-tez sabun və su ilə yumaq onun yayılmasının qarşısını almağın ən yaxşı yoludur. Spirt novovirusu öldürmür”.

Aynurə Məmmədova