Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Normal yuxu almayan uşaqlarda beyin pozulur – Alimlər

  • 2023.12.13 16:09
  • 2007 Baxış
Normal yuxu almayan uşaqlarda beyin pozulur   – Alimlər

Uşaqlarda xroniki yuxu defisiti onların beyin işinin pozulmasına səbəb olur.


“Medicina” xəbər verir ki, ABŞ Merilend Universitetinin alimləri yuxunun pozduğu neyrobioloiji mexanizm barədə araşdırma aparıb.

Onlar 9-10 yaşlı 9 min uşağın beyninin aktivliyini MRT ilə izləyiblər.

Eləcə də onlar psixoloji testlərdən keçirilib və yuxu vaxtları, keyfiyyəti araşdırılıb.
1-2 il sonra həmin uşaqlar təkrari müayinədən keçib.

Müəyyən olunub ki, yuxu pozulması, az yatmaq və psixi pozuntular zamanı beyində eyni mənzərə, problem yaranır: həddən artıq aktiv neyronlar şəbəkəsi eyni anda aktiv funksiya göstərir. Belə ki, beynin aktiv fazası ilə passiv fazası eyni anda oyaq olur.

Hazırda məktəbli və yeniyetmələrdə ilbəil yuxunun miqdarı azalır, uşaqlar daha gec yatır.
Bu beyində neyron şəklini dəyişir, aktivliyi pozur, mental, psixi sağlamlıq çökür.


Bundan sonra psixi pozulmalar başlayır, psixiatrik xəstəlik diaqnozu isə illər sonra özünü göstərir.

Aygün Musayeva