Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Normal təzyiq də bu gündən yüksək hesab olunur - YENİLİK

  • 2017.11.15 15:15
  • 30218 Baxış
Normal təzyiq də bu gündən yüksək hesab olunur -  YENİLİK
Amerika Kardioloqlar Kollegiyası təzyiqin ölçülməsi, müalicəsi ilə bağlı təlimata yeni versiya əlavə ediblər.  


BakuPost.az xəbər verir ki, yeniliyə görə böyüklərdə bu günə kimi normal hesab olunan 120/80 indi yüksək təzyiqin aşağı həddi hesab olunacaq. Bundan sonra ABŞ-da yüksək təzyiq qrupuna təzyiqi 120-129/80 arasında olanlar daxildir. Amerika həkimlərini bu dəyişikliyə məcbur edən səbəb yüksək təzyiqdən ürək xəstəliklərinin , vaxtından əvvəl ölüm statistikasının artmasıdır. Çox zaman təzyiqi 120-12580 olanlar normaldır düşünüb, həkimə getmir. Bu isə ürəyə artıq yükdür. Təzyiqdə 10 mm artım belə infarkt riskini artırır. Ona görə həkimlər artıq 120/80 təzyiqi olanları da nəzarət altında saxlayacaq. 


Odur ki, təzyiqim normaldır deyib arxayınlaşmayın, ürəyinizi yoxladın.
Normal təzyiq də bu gündən yüksək hesab olunur -  YENİLİK