Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Normal çəkidə olan insanda da piylənmə gedə bilər – Həkimdən xəbərdarlıq

  • 2024.08.01 17:19
  • 1268 Baxış
Normal çəkidə olan insanda da piylənmə gedə bilər –  Həkimdən xəbərdarlıq
Piylənmə şəkərli diabet və insulta səbəb ola bilər.

Medicina.az xəbər verir ki, bu barədə “İzvestiya”ya endokrinoloq Yuliya Repnikova məlumat verib.

O, piylənmənon ürək-damar xəstəliklərinə də gətirib çıxardığını bildirib.

“Qarın nahiyəsində yağın yığıldığı abdominal piylənmə hipertoniya riskini artırır. Bu, insult, infarkt, öd daşı və sonsuzluğa səbəb ola bilər.

Bu tip piylənmədən əziyyət çəkən insanın çəkisi normal da ola bilər. Qarın piylənməsi qadınlarda 80 sm-dən, kişilərdə isə 94 sm-dən çox olan bel ətrafı ölçü ilə müəyyən edilir”.

Həkim diqqətə çatdırıb ki, artıq alimlər piylənmənin diaqnozu üçün meyarların dəyişdirilməsini təklif edirlər. Sübutlar göstərir ki, piylənmə ilə bağlı xəstəliklərin riski daxili orqanları əhatə edən yağ miqdarı ilə birgə artır.

“Bədən yağının paylanmasını hesablamaq üçün bel ətrafının boya nisbətindən istifadə etməlisiniz. Bu göstərici 0,5-dən yuxarı olarsa, normal çəkidə olsanız belə, deməli təhlükəli dərəcədə piylənmə yaşayırsınız”, - deyə həkim xəbərdarlıq edib.


Aysel