Dünyada bir çox insan böyrək daşlarından əziyyət çəkir. Xəstəliyin ümumi simptomları şiddətli ağrı, ürəkbulanma, qusma, qızdırma, üşütmə və qanlı sidikdir.
Ancaq böyrək daşları yalnız həyat keyfiyyətini aşağı salmır; uzun müddətli infeksiyalara, böyrəklərin şişməsinə (hidronefroz), böyrək çatışmazlığına və son mərhələdə böyrək çatışmazlığına səbəb ola bilər. Böyrək daşlarının inkişafı üçün bilinən risk faktorlarına yetkin insanın yaşı, piylənmə, xroniki ishal, dehidradasiya və iltihablı bağırsaq xəstəliyi daxıldir.
“Medicina” xəbər verir ki, Frontiers in Nutrition jurnalında dərc olunan araşdırma, əlavə şəkər qəbulunun artmasının böyrək daşı risk faktorları siyahısına əlavə edilməli olduğunu göstərdi.
Əlavə edilmiş şəkər bir çox işlənmiş qidalarda olur lakin qazlı içkilər, meyvəli içkilər, konfet, dondurma, tort və peçenyelərdə xüsusilə çoxdur.
Çinin Nanchong xəstəxanasının tədqiqatçısı Dr. Shan Yin qeyd edir ki, araşdırma əlavə şəkər istehlakı ilə böyrək daşları arasında bir əlaqə olduğunu bildirən ilk araşdırmadır və bu əlavə şəkər qəbulunun məhdudlaşdırılmasının böyrək daşlarının qarşısını almağa kömək edə biləcəyini göstərir.
Tədqiqat zamanı hər bir iştirakçının gündəlik əlavə şəkər qəbulu bağlı məlumatlarını və son 24 saat ərzində şərbət, bal, fruktoza yeyib yemədiklərini öyrənib. Tədqiqat nəticəsində həkimlər əlavə şəkər qəbulu daha yüksək olan iştirakçılarda böyrək daşlarının daha yüksək yayılması qənaətinə gəliblər.
Xanım