Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnternetsiz, telefonsuz qalmaqdan qorxanlar - Nomofobiyadan xilas varmı?

  • 2019.10.26 12:57
  • 5291 Baxış
İnternetsiz, telefonsuz qalmaqdan qorxanlar  - Nomofobiyadan xilas varmı?

Müasir dövrdə telefon, planşet, internet və sosial şəbəkələrdən
asılılıq nomofobiya deyilən hala səbəb olur. Virtual mühitə ifrat
dərəcədə cəlb olunmaq tənhalığa və ünsiyyət itkisinə aparıb çıxarır.
Texnologiya və sosial şəbəkələrdəki yenilikləri təqib etməyə meyilli
olmaq nomofobiya ilə üzləşənlərin sayını əhəmiyyətli dərəcədə artırır.


 


Medicina.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərovanın  verdiyi məlumata görə, nomofobiya son vaxtlar yaranan asılılıq
formasıdır:


 


 


"Bu hal ən çox gənclər və yeniyetmələr arasında yayılıb.
Nomofobiya telefonsuz, internetsiz qalmaq və onlara aludə olanların
həmin vəziyyətdə keçirdiyi qorxu, həyəcan və stress, yaşadığı təşviş
pozuntusudur".


 


 


 


Nomofobiyadan əziyyət çəkənlərin həmin vəziyyətdən xilas olması ilə
əlaqədar psixoloq deyib:


 


"Telefondan istifadəni birbaşa kəsmək yox,
mütəmadi olaraq azaltmaq məsləhət görülür. Telefondan və internetdən
müəyyən saatlar ərzində istifadə etməyə çalışmaq lazımdır. Yəni
birdən-birə deyil, telefon və internetdən tədricən uzaqlaşmaq tövsiyə
edilir".


 


 


İnternetdən istifadə etməzdən əvvəl bunun nə dərəcədə lazım olduğunu
və onun əhəmiyyətlilik dərəcəsini müəyyənləşdirmək, sonra işə ondan
istifadə etməyə başlamaq daha məqsədəuyğundur. Bunun nəticəsində həm
asılılıqdan xilas olmaq, həm də vaxtı daha səmərəli işlərə cəlb etmək
mümkündür.