Alimlər müəyyən ediblər ki, az və ya həddindən artıq yuxu şəkərli diabet riskini artırır.
Medicina.az xəbər verir ki, bunu Brigham Qadın Sağlamlığı Mərkəzinin (ABŞ) alimləri müəyyən ediblər.
Az yuxunu tez-tez həddən artıq çox yuxu ilə əvəz etməyin diabetin inkişaf riskini 34% artıra biləcəyi açıqlanıb.
Araşdırmanın nəticələri “Diabetes Care” jurnalında dərc olunub.
Araşdırmada 84 mindən çox sağlam britaniyalı kişi və qadın iştirak edib. İştirakçıların orta yaşı 62 olub.
Yeddi gün ərzində subyektlər yuxuya getmə və oyanma vaxtlarını, həmçinin yuxuda sərf olunan saatların ümumi sayını qeyd edən ağıllı saat taxıblar. İştirakçıların yuxu rejimi haqqında məlumat əldə etdikdən sonra alimlər onları izləməyə başlayıblar.
Yeddi illik təqibin sonunda tədqiqatçılar iştirakçılar arasında 2-ci tip şəkərli diabetin tezliyini təhlil ediblər.
Nəticələr göstərib ki, nizamsız yuxu (çox az və çox yuxu arasında keçidlər etmək) bu xəstəliyin inkişaf riskini 34% artırır.
Tədqiqatçılar qeyd ediblər ki, nizamsız yuxu gecələr yuxu müddətinin bir saat artması və ya azalması kimi müəyyən edilir.
Aysel