Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Niyə yaşlandıqca sidiyi saxlamaq çətinləşir? – Səbəblər, müalicə

  • 2019.07.31 19:12
  • 25696 Baxış
Niyə yaşlandıqca sidiyi saxlamaq çətinləşir? –  Səbəblər, müalicə
Sidik saxlaya bilməmək  45 yaş üstü qadınlarda çox rast gəlinən haldır. İnsan hissəvi olaraq öz sidik kisəsini idarə etməyi itirir.

Bunun bir sıra səbəbləri var: patoloji, fizioloji, stress səbəbli imperativ və s. 


Əsas səbəblədən biri yaşlanma ilə bağlı kiçik çanaq dibi əzələlərin boşalmasıdır. 

İstənilən halda sidik saxlaya bilməmək və qaçırma başladığı vaxtdan diaqnoz və müalicə olunmalıdır.


Medicina.az bu problemdə tibbi yanaşmanın necə olduğunu təqdim  edir.


Sidik qaçırma ilə mübarizə qida, maye qəbuluna nəzarət, korreksiyadan tutmuş, idman və fizioterapiyaya kimi məqamları özündə kompleks birləşdirir. Ən yaxşı idman və gimnastika isə Keqel gimnastikasıdır.


Kimdə sidik saxlamama olur:


-Ağır doğuş keçirənlər

-Çox saylı hamiləliklər

-Oturaq işdə çalışanlar

-Əzələlərin boşalması

-Xroniki sistiti olanlar

-Sidik kisəsi, böyrək iltihabı olanlar

-Müxtəlif ginekoloji problemlər


Bir çoxları bununla barışaraq, qocalığa yozub, müalicə etmək istəmir və ya düzələcəyinə inanmır

Lakin uroloqlar bacardıqca tez həkimə getməyi tövsiyyə edir. 


Düzdür qocalıq çanaq toxuma və əzələlərinə neqativ təsir edib boşaldır, amma onun sidik kisəsinə təsirini vaxtında azaldıb, qarşısını alıb, hətta əməliyyatdan da yan keçmək olar. 


Tibb bu problemin müalicəsi üçün azinvaziv metodlar, yeni preparatlar, kompleks terapiya təklif edir.


Dərmandan başqa nə etməli?


-Hər gün Keqel gimnastikasını etməli – bu barədə saytımızda material və youtubda videolar var

-Çay, qəhvə, qazlı, şirin içki imtina

-Mayeni azaltmaq


-Sidikqovucu effekti olan dərman, qida və meyvələrdən uzaq olmaq

-Çox hərəkət, idman, stresdən uzaq olmaz


Diaqnoz üçün:


Uroloq, ginekoloq tərəfindən aparılır, sistoskopiya, erodinamik test və MRT olunur. 


Əməliyyat müdaxiləsi kimi az invaziv əməliyyatlar, sidik kisəsinin botulinoterapiyası, endoskopik əməliyyatlar təklif edilir.

 


Niyə yaşlandıqca sidiyi saxlamaq çətinləşir? –  Səbəblər, müalicə