Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Niyə qohum evliliyi xəstə uşaqların doğulma riskini artırır - Azərbaycanlı genetik həkim

  • 2022.10.24 15:01
  • 3713 Baxış
Niyə qohum evliliyi xəstə uşaqların doğulma riskini artırır  - Azərbaycanlı genetik həkim


Səbəb olacaq problemlərin bilinməsinə rəğmən ölkəmizdə hələdə sıxlıqla qohum evliliklərinə rastlanır. İki tərəfin istəyi nəticəsində və ya ailə basqısı altında gerçəkləşən qohum evliliklərində ən çox rastlanan ölü doğum və anomaliyaların görüldüyü genetik xəstəliklərdir.


"Medicina" xəbər verir ki, genetik həkim İlahə Musayeva qohum evliliyinin genetik təsirindən danışıb.


"Qohum evliliyi eyni soydan gələn iki insanın evlənməsidir. Qohumluğun ana və ya ata soyundan gəlməsi qohum evliliyinin təhlükə dərəcəsini dəyişdirməz.

Qohum evliliyinin gətirdiyi risklər nələrdir:

Ölü doğum
Normal evliliklərdəki ölü doğum riski 1,4%-ikən ,qohum evliliklərində bu risk ikiyə qatlanaraq 2,14% olur.

Düşük
Normal evliliklərdə düşük riski 5,21% olurkən,qohum evliliyində bu risk 10,55%-ə çıxır.

Doğum qüsurları
Qohum evliliklərində olduğu kimi, normal evliliklərdə də doğum qüsurları ola bilər. Amma, bu risk qohum evliliklərində daha çoxdur.

Qanbağı olan qohumlar, toplumun böyük bir qismində görülən ortaq gen faizinin xaricində, ayrıca qohum olduqları üçün və bunun dərəcəsinə görə daha da çox ortaq genləri vardır.

Qohum evliliyində əsas problem sağlıqlı olan fərdlərin genlərində daşıdıqları xəstəliklərin övladlarına ötürməsidir. Bu baxımdan vacib olanlar autosomal ressesiv və bəzi multifaktorial xəstəliklərdir.

Qeyd edək ki, qan bağı olmadan da bu xəstəliklər iki daşıyıcı evlənərsə ortaya çıxa bilər. Ancaq daha əvvəl də qeyd olunduğu kimi, eyni tip xəstəlikli genlə qarşılaşma riski qohumluqda daha yüksək olacağından #qohumevliliyi planlaşdıran cütlüklərə genetik konsultasiya vacibdir.


Aygün Musayeva