Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Niyə qadınlar infeksiyaları daha rahat keçirir? – Kişilərdən fərq

  • 2023.03.29 12:58
  • 933 Baxış
Niyə qadınlar infeksiyaları daha rahat keçirir?  –   Kişilərdən fərq
"Nature Immunology” jurnalının məlumatına görə, amerikalı bioloqlar aşkar ediblər ki, nüsxələri “qadın” X xromosomlarının daxilində yerləşən KDM6A geninin aktivliyinin artması səbəbindən qadınlar kişilərə nisbətən bir çox infeksiyalara daha çox dözümlüdürlər.


“Medicina” xəbər verir ki, Kaliforniya Universitetinin (UCLA) alimlərinin müəyyən etdiyi kimi, səbəb UTX zülalının istehsalına cavabdeh olan KDM6A geninin aktivlik səviyyəsindəki fərqlər ola bilər. Bu peptid DNT-nin zülal qabığının strukturuna təsir göstərir, bunun sayəsində çoxlu sayda genin fəaliyyətinə nəzarət edir.

Alimlər bildirirlər ki, KDM6A geni qadın NK hüceyrələrində əhəmiyyətli dərəcədə aktivdir və u, onlara patogenlərə daha effektiv müqavimət göstərməyə imkan verir.

Siçanlar üzərində aparılan araşdırmalar göstərib ki, KDM6A geninin fəaliyyətinin süni şəkildə azalması dişilərin də kişilər kimi infeksiyalara qarşı həssas olmasına gətirib çıxarıb.

Tədqiqatçılar həmçinin qadın və ya kişi cinsi hormonlarının konsentrasiyasının heyvanların limfositlərində UTX aktivliyinin səviyyəsinə təsir etmədiyini müəyyən ediblər. Bu, kişi və qadınların orqanizmində NK hüceyrələrinin fəaliyyəti səviyyəsindəki fərqlərin genetik xarakterini göstərir.

Alimlər hesab edirlər ki, onların tədqiqatının nəticələri kişilərdə və qadınlarda limfositlərin işinin xüsusiyyətlərini nəzərə alan infeksiyalara qarşı effektiv mübarizə üsullarını yaratmağa yardımçı olacaq.

Həmçinin UTX zülalının işinin daha da öyrənilməsi kişilərin immun sisteminə infeksiyalarla daha fəal mübarizə aparmağa və yanaşmaların yaradılmasına kömək edəcəkdir.

Alimlər insanların nəsli kəsilməsinin yeni mümkün səbəbini açıqlayıblar. Onların fikrincə, Y xromosomunun deqradasiyası nəticəsində sivilizasiyamız bir neçə milyon ildən sonra yox ola bilər.

Günay Quliyeva