Kəsmik çox vaxt səhər yeməyi və ya qəlyanaltı kimi tövsiyə olunan qidadır. Zülalla zəngin bir məhsul olduğu üçün xüsusən də arıqlamağa çalışanlar arasında populyardır. Ancaq mütəxəssislər kəsmik barədə xəbərdarlıq edirlər.
Medicina.az xəbər verir ki, ekspertlər çox kəsmik yeməyin təhlükəli ola biləcəyini deyirlər. Əvvəla, kəsmik pəhrizi qaraciyər və böyrək xəstəlikləri olan insanlar üçün zərərlidir.
Ümumiyyətlə, kəsmiyin həddindən artıq istehlakı bir sıra xoşagəlməz nəticələrə səbəb ola bilər:
* Bu qida çox yeyildikdə gözlənilənin əksinə, çəki artımına və piylənməyə səbəb ola bilər.
* Məhsulun pəhriz xüsusiyyətlərinə baxmayaraq, artıq protein səbəbiylə bədən, yağ sintez edir;
* Bədəndə urik turşusu yığılır.
* Kəsmiyin tərkibindəki duzlar isə qığırdaqda, oynaqlarda və digər toxumalarda yığılır;
* Vitamin mübadiləsi pozulur;
* Həddindən artıq əsəb və təşvişə səbəb olur.
“Ən sağlam qidalar belə ölçülü yeyilməli, sağlam pəhriz çeşidli qidalardan ibarət və balanslı olmalıdır”, - deyə ekspertlər qeyd edirlər.
Kəsmiyi pəhrizinizdən tamamilə çıxarmamalısınız, çünki onun tərkibində çoxlu A və D vitaminləri var. Yağlı kəsmikdə incə qalmağınıza və daha yaxşı yatmağınıza kömək edən "triptofan" adlı amin turşuları ehtiva edir.
Aysel