İsti hava kütləsi əsasən, yay aylarında güclü yuxululuq hissi verir. Baxmayaraq ki, gecəni yetərincə yatmış oluruq, gündüz mürgüləyirik.
“Medicina” xəbər verir ki, adətən qışda və payızda insanlar yuxuya getməzdən əvvəl özünü isti yorğana sarır. Bu ona rahatlıq və təhlükəsizlik hissi verir. Ona görə də çox isti hava yuxululuğa səbəb olur.
Mütəxəssislər qeyd edirlər ki, belə bir vərdişin öhdəsindən gəlmək mümkün deyil, çünki bu, artıq genetik səviyyədə qoyulub.
İnsana qalan tək şey yuxululuğun öhdəsindən gəlməkdir. Bu, yüngül məşqlərlə edilə bilər.
Endokrinoloq Zuxra Pavlovanın sözlərinə görə, fiziki fəaliyyətin köməyi bunu qaydaya salmaq olar.
Fiziki fəaliyyət zamanı orqanizm stressi azaldan və yuxululuğu aradan qaldıran kortizol hormonu istehsal edir.
Soyuq duş, qəhvə və ya enerji içkilərinə gəlincə, bu üsullar o qədər də təsirli deyil, çünki böyrəküstü vəziləri zəiflədir.
Adi su da yuxululuq hissinə qalib gələ bilər. Bədəndə maddələr mübadiləsini saxlamağa kömək edir.
Günay Quliyeva