Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Niyə hava dəyişəndə oynaqlar ağrıyır?

  • 2023.04.18 22:29
  • 1922 Baxış
Niyə hava dəyişəndə oynaqlar ağrıyır?
Bir çoxılarımız oynaqlardakı ağrıları havanın dəyişməsi , yağışın yağması ilə əlaqələndiririk.

“Medicina” xəbər verir ki, əslində atmosfer təzyiqinin, temperaturun və rütubətin dəyişməsi fonunda oynaq ağrısının baş verə biləcəyi iddiası bir mifdir, əsası yoxdur.

Tibb elmləri namizədi, nevroloq Anton Koloçkovun sözlərinə görə, belə bir nəzəriyyə üçün heç bir elmi sübut yoxdur.

Əslində aldığımız xəsarətlər və ya müəyyən patologiyalar səbəbiylə ağrı baş verə bilər. Məsələn nə zamansa burulma, çıxıq, sınıq və.s hallardan sonrakı ağrılar.

Oynaqlar hərəkət və yastığı təmin edən sümüklər, əzələlər, qığırdaqlar, bağlar və sinoviumdan ibarətdir.

Oynaqlar müxtəlif səbəblərə görə zədələnə bilər, məsələn, infeksiya və ya zədə, həmçinin bəzi xəstəliklər -osteoartrit, romatoid artrit, tendonların və ya bursaların iltihabı səbəb ola bilər.

Nevroloq, oynaq ağrılarının hava dəyişikliyi ilə əlaqələndirilməsi ilə bağlı çoxlu araşdırmalar aparıldığını, lakin heç birinin bu iddianı dəstəkləmədiyini bildirib.

Ənənəvi təcrübəyə baxmayaraq, tədqiqatlar oynaq ağrısı ilə atmosfer təzyiqi, temperatur və rütubət arasında əlaqə yoxdur.

Onu da qeyd edək ki, oynaqdakı ağrılara beldəki problemlər də daxildir.

Əgər ağır çəkili bir şey qaldırmısınızsa, bu zaman səhəri gün beldə dözülməz ağrı hiss edirsinizsə, əsasən də hərəkət etdiyiniz zaman, amma uzandıqda ağrı keçirsə, mütləq MRT – yə düşmək lazımdır.

Bu, ümumi əzələ-skelet sistemi və ya qeyri-spesifik bel ağrısıdır. Digər ağrı növlərini istisna etmək və müalicə almaq üçün nevroloqa müraciət edin.

Çox sayda diaqnoz ola bilər - sadə ağrılardan tutmuş revmatoid artrit kimi ciddi autoimmun xəstəliklərə qədər.

Günay Quliyeva