C vitamini mənbəyi olan naringinin sağlamlığa faydalarını düşünüb qış aylarında bol miqdarda istehlak edirik.
Lakin dietoloqlar naringinin sağlamlığa faydalarını gözardı etməsələr də, onu həddən artıq yeməməyi məsləhət görürlər. Çünki naringi bəzi sağlamlıq problemləri ilə üzləşməyinizə səbəb olar bilər.
Medicina.az naringinin sağlamlığa zərərlərini diqqətə çatdırır:
- Bu meyvənin tərkibində olan limon turşusu mədədə turşuluğu artıra və problemlərə səbəb ola bilər. Bunun mədədə yanma hissinə və hətta reflü kimi narahatlığa gətirib çıxarması mümkündür.
- Naringi diş sağlamlığına mənfi təsir göstərir. Naringinin tərkibindəki turşular diş minasını aşındırır və diş həssaslığına səbəb olur. Buna görə də naringi yedikdən sonra ağız gigiyenasına diqqət etmək vacibdir.
- Naringinin həddindən artıq istehlakı şəkər səviyyəsinə mənfi təsir göstərə və şəkərli diabet riskini artıra bilər.
- Yüksək dozada C vitamini ishal, mədə krampları və böyrək daşlarının əmələ gəlməsi ilə nəticələnir.
Bütün bunlara görə, mütəxəssislər gündə 2 ədəddən artıq naringi yeməməyi tövsiyə edirlər. Həmçinin naringini acqarına yeməmək, meyvəni yedikdən sonra ağzı ilıq su ilə yaxalamaq məsləhət görülür. Qeyd olunur ki, bu meyvəni yedikdən dərhal sonra dişləri fırçalamaq olmaz, ən azı 2 saat vaxt keçməlidir.
Aysel